"Əbülfəs Qarayev nazir postundan azad edilməsəydi..." — Fazil Mustafa

may-22
09:05 2020
Əbülfəs Qarayevin mədəniyyət naziri postundan uzaqlaşdırılması bu nazirlikdə korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyatların məntiqi davamıdır".
Bunu açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, əgər Əbülfəs Qarayev nazir postundan azad edilməsəydi, bu hakimiyyətin imicini müəyyən mənada şübhə altına alardı: “Necə ola bilir nazir müavini, idarə rəisi həbs olunur, amma nazir cəzalandırılmır. Nazir bu məsələdə birbaşa məsuliyyət daşıyan şəxslərdən biridir. Ona görə də Qarayevin vəzifədən uzaqlaşdırılması normal qərardır”- deputat qeyd edib.

Deputat hesab edir ki, nazirin də məsuliyyəti baş verən məsələlərdə araşdırılmalıdır: “Əgər onun bu məsələlərdə əməlləri sübut olunarsa, məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”.

Yeni təyin olunacaq nazirin hansı keyfiyyətlərə malik olmasına gəldikdə isə deputat bildirib ki, yeni nazir yüksək səviyyəli, bacarıqlı, mədəniyyətimizə və tariximizə yanğısı olan bir insan olmalıdır: “Əgər belə bir nazir olacaqsa, mədəniyyətimizin inkişafına töhfə verə biləcək”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər