Yevlaxda qaraçıların yaraladığı polis haqda açıqlama

may-21
11:43 2020
Daxili İşlər Nazirliyi Yevlax rayonunun “Qaraçı məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo” verilən məlumatda qeyd olunub ki, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi və giriş-çıxışa məhdudiyyət qoyulduğu Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər