Dünyadan təcrid olunmuş bu qəbilədə də koronavirus aşkarlandı

may-19
10:38 2020
Bütün dünyaya təsir edən koronavirus epidemiyası xarici aləmdən təcrid olunmuş Amazon meşəsində yaşayan yerli əhaliyə də ötürülüb.

İlk koronavirus yoluxma halı Vaorani qəbiləsində aşkar edilib.

Bildirilib ki, xarici aləmdən uzaqda yaşayan və Ekvadordakı Amazon meşəsində təcrid olunmuş Vaorani qəbiləsində olan 17 yaşlı hamilə qadında koronavirus aşkarlanıb.
Gənc qadının paytaxt Kito şəhərindəki Nueva Aurora Luz Gineco Doğum Xəstəxanasına aparıldığı açıqlanıb.

Digər tərəfdən, gənc qadında virus aşkar edildikdən sonra qəbilədə daha 40 nəfərin virusa yoluxduğuda qeyd edilib.

Bildirək ki, Ekvadordakı son məlumatlara görə 2 min 736 nəfər koronavirus səbəbiylə ölüb; ölkədə görülən ümumi yoluxma sayının 33 min 182 olduğu açıqlanıb. /Cebhe.info/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər