Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? – Rəsmi cavab

may-18
14:11 2020
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilsə də, bu gündən xüsusi karantin rejiminin yumşaldılmasının tətbiqinə başlanılıb. Maraqlıdır, yoluxmanın yenicə artmağa başladığı mart ayında tətbiq edilən xüsusi karantin rejimi yoluxmanın çoxaldığı vaxtda niyə yumşaldılır?

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin mərhələdə xüsusi karantin rejiminin tətbiqi xəstəliyin sürətlə yayılmasının qarşısını almağa kömək edib:

“Bununla da başqa ölkələrlə müqayisədə yoluxmanı minimum həddə saxlaya bilmişik. Ötən müddət ərzində koronavirusla mübarizədə milli səfərbərlik təmin edilib. Bu müddətdə ölkə daxilində zəruri qoruyucu məhsulların istehsalı təşkil olunub. Hazırda Azərbaycanda gündəlik təqribən 250 min maska istehsal olunur və 500 min istehsal potensialı formalaşdırılmaqdadır. Dezinfeksiyaedici məhsulların kifayət qədər istehsalı ilə xaricdən asılılıq xeyli azaldılıb. Həmçinin, bu müddət ərzində xaricdən zəruri tibbi vəsaitlər və avadanlıqlar tədarük edilib, uzunmüddətli təminat mexanizmləri yaradılıb. Zəruri maliyyə ehtiyatları formalaşdırılıb, çarpayıların sayını artırmağa, səhiyyə infrastrukturunu genişləndirməyə nail olunub”.

Hökumət rəsmisinin sözlərinə görə, ötən müddət ərzində xəstələrin əksər hissəsinin sağalması ilə müalicə təcrübəsi formalaşıb:

“Koronavirusla bağlı situasiyanı idarə etmək üçün təşkilati təcrübə artıb, əhalidə özünüqoruma vərdişləri və təcrübəsi yaranıb”.

İ.Məmmədov qeyd edib ki, bütün dünya karantin rejimindən çıxma mərhələsinə qədəm qoyub:

“Belə bir maddi-texniki, təcrübə və biliklər bazasını daha da genişləndirmək və onun üzərində karantin rejimindən tədricən çıxmaq imkanları yaranıb.

Bununla belə, yoluxmanın yüksək olduğu zonalar xüsusi nəzarətdə saxlanılır və vətəndaşlarımızın yüksək məsuliyyət nümayiş etdirməsinə də inamımız var. Karantin rejimi dövründə vətəndaşlarımızın əksəriyyətinin yüksək məsuliyyət nümayiş etdirməsi buna əsas verir.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara müraciətlərində vətəndaşlara situasiyaya məsuliyyətli yanaşmağa dair çağırış edilib. Vətəndaşlar da indiyə qədər dövlət başçısının bütün çağırışlarına həmrəylik nümayiş etdirməklə cavab veriblər”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər