Ağsu rayonunda qanvermə aksiyası keçirilib

may-18
14:05 2020
Xeberci.info xəbər verir ki, Koronavirus pandemiyası ilə əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşulan Ağsu rayonunun sakinləri qanvermə aksiyasında fəal iştirak ediblər.
Qanvermə aksiyası rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdə təşkil olunub. Aksiyada rayon icra hakimiyyəti aparatının kollektivi, səhiyyə, təhsil işçiləri, gənclər daha çox fəallıq göstəriblər.
Milli Hemotologiya və Transfuziologiya Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin işçiləri tərəfindən hərtərəfli müayinədən sonra 76 nəfər könüllü donordan qan götürülmüşdür.


Ağsu rayonunda qanvermə aksiyası keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər