Bulvarda bu xidmətlər bərpa olunmadı

may-18
13:45 2020
Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək.
Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, adları çəkilən qurğuların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb: "Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq, mütəmadi dezinfeksiya işləri aparılacaq. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır. Ancaq vətəndaşlar da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Fürsətdən istifadə edərək xahiş edirik ki, opreativ qərargahın təlimatlarına əməl etsinlər".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb. Parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər