Xəzərdə itkin düşən neftçilərin axtarışları nə yerdədir?

dek-13
12:54 2015
Xəzərdə itkin düşən neftçilərin axtarışları nə yerdədir?























Axtarışlarlə bağlı qonşu ölkələrlə əlaqə saxlanılır

““Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışı bu gün də davam edir. Axtarışlara bu gün səhər tezdən başlanılıb. Hazırda əməliyyatlara həm Fövqəladə Hallar Nazirliyinin, həm də Sərhəd Qoşunlarının vertolyotları, gəmilərlə davam etdirilir, dalğıclar gəliblər”.

Bunu ANS-ə açıqlamasında “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, digər ölkələrlə də əlaqələr var, onlar da axtarış aparırlar. Lakin hələlik axtarışlarda heç bir yenilik yoxdur.

İkram Qurbanov həmçinin qeyd edib ki, hava nisbətən mülayimləşsə də axtarışlar üçün tam əlverişli deyil.

Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər