Zaur Baxşəliyevə mənzil bağışladığı deyilən iş adamı GÖRÜN NƏLƏR DANIŞDI — AÇIQLAMA

may-15
12:24 2020
Tanınmış teleaparıcı Zaur Baxşəliyevə ev bağışladığı deyilən iş adamı, "İnturavto" Açıq Səhmdar cəmiyyətinin sədri Aydın Heydərov "Ölkə.Az"-a danışıb. Heydərov əməkdaşımızla söhbətində sözgedən xəbəri təsdiq etməsə də, bir sıra xeyriyyə işləri gördüyünü diqqətə çatdırıb:
"Mən indiyə kimi onlarla insanı Həcc ziyarətinə gördərmişəm, amma bu barədə heç vaxt heç yerdə danışmamışam. Zaur Baxşəliyevə mənzil bağışlamağımla bağlı yayılan xəbərlərə bir söz deyə bilmərəm. Hər kəs öz istədiyini danışmaqda sərbəstdir".

Qeyd edək ki, Z.Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində yalnız bir mənzilinin olduğunu və həmin mənzilin də ona Aydın HEydərov tərəfindən bağışlandığını bildirmişdi:
"Mənim bircə dənə evim var, onu da mənə dəyərli ağsaqqalımız Aydın Heydərov hədiyyə edib. Allah ona can sağlığı, uzun ömür versin. Ölənədək ona borcluyam".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər