Saatlıda misli görünməmiş dələduzluq - VİDEO

in-12
16:16 2014
Saatlıda misli görünməmiş dələduzluq - VİDEO

Mülkü əlindən alınmış Saatlı sakini ölümlə hədələnir.

xeberci.info Qaynarxett.info-ya istinadən xəbər verir ki, Saatlı rayon sakini Malik Süleymanov tərəfindən redaksiyaya şikayət məktubu daxil olmuşdur. Şikayət məktubunda İqtisad Universitetinin professoru, “Azərmülk” MMC-nin direktoru Mübariz Məmmədlinin Saatlı rayon sakininə məxsus mülkün- “Saatlı-Mehmanxana” ASC-ni saxta sənədlərlə ələ keçirdiyi barədə bəhs olunur. Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, surəti Baş Prokuror Zakir Qaralov, Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab K.Həsənova ünvanlanan şikayət ərizəsində deyilir:

“Hörmətli cənablar!

Ərizəmlə yazıb göstərirəm ki, məni ahıl yaşımda Sizə doğru üz tutub müraciət etməyə vadar edən səbəb oğlum Süleymanov Malik Süleyman oğlunun ailəsinə qarşı edilən cinayət əməlidir. Belə ki, oğlum Malik Süleymanov 1999-cu ildə Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Saatl-Mehmanxana” ASC-nin 30% səhmlərini, 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən isə qalan 70 % səhmlərini alıb mehmanxananın tam hüquqlu mülkiyyətçisi olmuşdur. Bütün sənədləri təqdim edirəm. Mehmanxana keçmiş SSRİ dövründə inşa olunduğuna görə, uzun müddət baxımsız idi. Binanın fasad hissəsi, dam örtüyü, tavan və döşəməsi tamamilə köhnəlmişdir və buna görə binanın təmir olunmasına ehtiyac yaranmışdı. Mehmanxana Saatlı rayon İcra Hakimiyyətinin binası ilə üz-üzə idi və mehmanxananın görünüşü ətrafdakı yenicə təmir olunmuş inzibati binaların ahəngini pozurdu. Buna görə də Saatlı RİH-nin keçmiş başçısı cənab Vaqif Hüseynov oğlumla görüşərək, mehmanxananı təmir etdirməyi tapmışdır. Lakin Mehmanxananın təmir olunmasına böyük məbləğdə vəsait lazım olduğundan oğlum Malik Süleymanov Bakı ş, Səbail r-nu, B.Sərdarov küçəsi-2 ünvanında yerləşən “Azərmülk” MMC-nin rəhbəri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, əvvəlcədən tanıdığı Mübariz Məmmədli ilə görüşüb mehmanxananı təmir etdirmək üçün kredit almaqda ona köməklik göstərməsini xahiş etmişdir. M.Məmmədli oğlumla razılaşdıqdan sonra Malik Süleymanov tərəfindən “Azərmülk” MMC-nin hüquqşünasının adına vəkalətnamə verməyinin vacib olduğuna onu inandıraraq bildirmişdir ki, onun tanıdığı Bakı şəhəri 5 saylı Dövlət Notarial kontorunda “Azərmülk” MMC-nin hüquqşünasının adına vəkalət versin. Bundan sonra Malik Süleymanov 5 saylı notarial kontorunda “Azərmülk” MMC-nin hüquqşünasının adına vəkalətnamə vermişdir. Amma oğluma bəlli olmayan səbəblərdən kreditin alınması ləngimişdir və 2009-cu ildə Mübariz Məmmədli oğlumdan yenə də əlavə vəkalətnamə almışdır ki, bu dəfə krediti alıb ona verəcək.

2011-ci ildə oğlum Malik Süleymanov bəzi sənədləri götürmək üçün Azərbaycan Dövlət Reyester Xidmətinə sorğu göndərmişdir. Nəticədə məlum olmuşdur ki, Mübariz Məmmədli tərəfindən oğlumun ailəsinə məxsus mülk, yəni “Saatl-Mehmanxana” ASC-nin əmlakı saxta yolla, etibardan sui-istifadə edilməklə özününküləşdirilmişdir.

Çox hörmətli Ramiz müəllim!

Hörmətli Baş Prokuror!

Hörmətli Kərəm müəllim!
Bildiyiniz kimi, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. M.Məmmədli və onun əlbir olduğu şəxslər isə saxta imzalarla alqı-satqı edərək guya məxaric orderi ilə 20 000 (iyirmi min) manat pulun oğluma verilməsini göstərmişdir. Bildirirəm ki, oğlumla bərabər “Mehmanxanaya” olan mülkiyyət hüququna onun həyat yoldaşı da malikdir. Çünki ər-arvadın birgə nigahda olduğu dövründə əldə etdikləri əmlak onların ümumi əmlakıdır. Belə olan halda, M.Məmmədli və onunla bu işdə əlbir olan cinayətkar dəstə üzvləri, oğlumun əvəzinə imza etməklə saxtakarlığa yol veriblər. Bu isə ciddi qanun pozuntusudur. Bu cür qanunsuz əməllər nəticəsində 1999-cu ildən başlayaraq 2009-cu ilə kimi “Azərmülk” MMC-i tərəfindən 100-ə yaxın obyekt Saatlı rayonunda və başqa rayonlarda aldatma yolu ilə alqı-satqı olunub və mənimsənilib. Dövlətin mülkiyyətində olan obyektləri saxta sənədlərlə alqı-satqı edib satan M.Məmmədlinin yuxarıda göstərilən illərdə iş fəaliyyəti yoxlanılarsa, böyük bir cinayət əməlinin baş verməsi üzü çıxacaq. Həmçinin “Azərmülk” MMC-nin fəaliyyəti yoxlanılarsa, qanunsuz notarial əqdlərin bağlanması, qanunsuz alqı-satqı müqavilələrinin bağlanması və dövlət büdcəsinə ödənişlərdən yayınma faktları üzə çıxacaq. Çünki obyektlərin həqiqi dəyər qiyməti bilərəkdən sənədlərdə aşağı göstərilir. Bunun isə nə dərəcədə qanun pozuntusu olmağı hüquq mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq.

Hörmətli Ramiz müəllim!
İndi haqqını tələb edən oğlum Malik Süleymanov Mübariz Məmmədli və onun adamları tərəfindən ölümlə hədələnir. Odur ki, 84 yaşlı ana kimi Sizdən dönə-dönə xahiş edirəm, hədə-qorxu və saxtakarlıq yolu ilə oğlum Süleymanov Malikin ailəsinə məxsus mülkün qaytarılmasında köməklik edəsiniz. Eyni zamanda, onun ailəsinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyatı instansiyalara göstəriş verəsiniz”.


Biz dəfələrlə professor Mübariz Məmmədli ilə telefon əlaqəsi saxlamağa çalışsaq da onun mobil telefonu cavab vermədi.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
PS. Şikayətçi Malik Süleymanovun qaynarxett.info-ya təqdim etdiyi video sujeti də sizə təqdim edirik.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər