Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək — SƏRƏNCAM

may-13
20:19 2020
Prezident İlham Əliyev mayın 13-də “Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin etmək tapşırılıb. Həmçinin nəzərdə tutulmuş torpaq sahəsi icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Hacıqabul Rayon İcra Hakimiyyəti isə nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər