Azərbaycanın baş infeksionistindən — CİDDİ XƏBƏRDARLIQ

may-13
09:26 2020
Azərbaycanın karantin rejimindən tamamilə çıxması və karantin rejiminin yumşaldılması vətəndaşların koronavirus infeksiyasından qorunması ilə bağlı tətbiq edilən qaydalara ciddi riayət etməsindən asılıdır.
Bunu “Ölkə.Az”a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, tövsiyyələrə əməl etmək çox vacibdir.

“Çünki hələ də virusa yoluxma halları qeydə alınır. Virusa yoluxma halları minimum həddə enməlidir ki, daha geniş karantin rejimindən çıxma tədbirləri həyata keçirilsin. Daha çox sahələrdə iş yerləri fəaliyyətlərini bərpa etsin. Biz də istəyirik ki, yoluxma halı olmasın və karantin rejimi ləğv edilsin. Həyat yenidən öz məcrasına dönsün. Ona görə də gözləmək lazım deyil ki, epidemiya öz-özünə qurtaracaq. Bunu biz insanlar həll edəcək. Biz də ancaq qaydalara və tövsiyyələrə ciddi əməl etməklə koronavirusa qalib gələ bilərik. Dövlət və dövlət qurumları üzərlərinə düşən tədbirləri həyata keçirir, qalır vətəndaşın ona riayət etməsi”, - deyə baş infeksionist bildirib.

İkinci dalğa ilə bağlı məsələyə aydınlıq gətirən baş infeksionist onu da eyd edib ki, ikinci dalğa gözlənilmir:
“Epidemiyanın dalğavari enib-qalxma kimi özünəməxsus xüsusiyyəti var. Azərbaycanda ümumiyyətlə epidemiyanın pik həddi olmayıb. İnşallah da gözlənilmir. Bununla belə insanlarımızda səhlənkarlıqlar var. Məsələyə dırnaqarası yanaşma var. Hesab edirlər ki, onlar ya yoluxa bilməz və yaxud da orqanizmləri tab gətirə bilər. Ola bilsin virus bir insana təsir etməyə bilər və heç özü hiss etməz ki, o koronavirusa yoluxub. Amma başqasına zərər verib, ona ötürə bilər ki, həmin insan üçünsə xoşagəlməz nəticəyə gətirib çıxara bilər. Odur ki, məsələyə qlobal yanaşmalı və təkcə özümüzü düşünməməliyik. O baxımdan da qaydalara nə qədər ciddi riayət etsək, bir o qədər vəziyyətdən tez çıxacağıq. Havaların qızması da koronavirusun aradan getməsinə öz müsbət təsirini göstərəcək. Virusa qalib gəlmək ehtimalımız daha yüksəkdir”, - C.İsayev bildirib.

O qeyd edib ki, yoluxma halları minimuma enərsə, yaxın günlərdə karantin rejimində daha ciddi yumşalmaların şahidi ola bilərik: “Daha çox məüssisələrin, fəaliyyət sahələrinin fəaliyyətini bərpasının şahidi olarıq. Bir daha qeyd edirəm ki, bu bizdən asılıdır”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər