Azərbaycanda 33 məhkum koronavirusa yoluxdu — RƏSMİ

may-12
20:07 2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyərinə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyi xəbər verir ki, xüsusi karantin rejiminin qaydalarına əsasən, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, penitensiar müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri, əməkdaşların, məhkumların və həbs edilmiş şəxslərin gündəlik termometriyası, səhhətlərində hər hansı narahatlığı olan şəxslərin dərhal izolyasiya olunaraq müayinəsi keçirilir.

Həmçinin vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşlar və digər aidiyyəti şəxslər (vəkil, müstəntiq, həkim və s.) və nəqliyyat vasitələri müəssisələrə karantin rejiminə uyğun xüsusi qaydada buraxılırlar.

Eyni zamanda qabaqlayıcı tədbirlər çərçivəsində Penitensiar xidmətin İxtisaslaşmış müalicə müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb. Bəzi xroniki xəstəlikləri olan məhkumlar isə cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər. Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar olunduğundan o, dərhal təcrid edilərək zəruri tibbi tədbirlər görülüb.

Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.

Bununla yanaşı, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.

Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər