Rafiq Bayramovun otağından və maşınından çıxan pullar - Video

may-12
15:27 2020
Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun musiqi məktəblərinin direktorlarından hər ay rüşvət aldığı məlum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunub. DTX-nin yayımladığı videoda da R.Bayramovun işçiləri bunu etiraf edib.

Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Həmçinin araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rafiq Bayramov özü də bunu etiraf edib: “Nazirliyə tabe olan 15 idarədən ümumilikdə hər ay 60 min manat pul yığılıb mənə verilirdi”.

Bundan başqa, Rafiq Bayramovun şəxsi avtomobilində də axtarış aparılaraq ona verilən pullar aşkarlanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər