Ağsu RİH-də keçirilən videomüşavirədə xüsusi karantin rejmində görülmüş işlər müzakirə edilib

may-09
21:10 2020
Xeberci.info xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev inzibati ərazi dairələri üzrə icra nümayəndələri ilə keçirilən videomüşavirədə rayonda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər və sanitar-profilaktik, eləcə də dezinfeksiya işləri barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrindən irəli gələn məsələlər barədə müzakirə aparıb.
Videomüşavirədə RİH başçısı çıxış edərək, koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkədəki mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar məlumat vermiş, aztəminatlı ailələrə göndərilən ərzaq sovqatlarının çatdırılması məsələsini qeyd edərək şəffaflığın və çevikliyin tam təmin olunmasının vacibliyini diqqətə çatdırmışdır.
Onlayn müşavirədə yerli icra nümayəndələri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi və kənd təsərrüfatı işlərinin gedişi barədə məlumatlar veriblər.
Sonda vətəndaşlarla əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha yaxından maraqlanmaq, vaxtında tədbirlər görmək, ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etməyin zəruriliyini vurğulayan rayon rəhbəri bu istiqamətdə qanunazidd hallara yol verilməməsi ilə bağlı yerli icra nümayəndələrinə müvafiq tapşırıqlar verib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər