Sabir Rüstəmxanlı dedi, Əli Hüseynli etiraz etdi, Sahibə Qafarova SAKİTLƏŞİRDİ — Milli Məclisdə ŞUŞA MÜZAKİRƏSİ

may-08
12:53 2020
Milli Məclisin iclasında Şuşanın işğalı ilə bağlı məsələdə mübahisə düşüb.

Deputat Sabir Rüstəmxanlı Şuşanın Azərbaycanın bəzi qüvvələrinin xəyanəti nəticəsində işğal edilməsi barədə fikirlərin yanlış olduğunu deyib:

“Bəzi cavan deputatlar o dövrdəki hadisələrin içərisində olmayıblar, səthi məlumatlarla çıxışlar edirlər. Biz Şuşada bu qədər şəhid vermişik. AXC-Müsavat iqtidarını tənqid etmək olar, amma xəyanətdə ittiham etmək o anlama gəlir ki, guya Şuşanı Ermənistan işğal etməyib. Bu yanaşmaya son qoyulmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə cavab olaraq deyib ki, Azərbaycanda Şuşanın işğalına hüquqi qiymət verilib.

“Sabir müəllim, burada heç kim demədi ki, Şuşa Ermənistan tərəfindən işğal edilməyib. O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi olub. İşğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradan məsələlərə də qiymət verilib. Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Şuşa Ermənistan tərəfindən işğal olunub.

Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik”.

Ə.Hüseynlinin bu cavabı YAP-çı deputatların alqışına səbəb olub.

Qeyd edək ki, parlamentin iclasında deputatlar Siyavuş Novruzov və Cavid Osmanov AXC-Müsavat cütlüyünü xəyanətdə ittiham edən fikirlər səsləndiriblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər