Deputat karantin rejimi ilə bağlı cəzaların sərtləşdirilməsini təklif etdi

may-08
12:45 2020
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, karantin rejimi yumşaldığında insanlarımız karantin rejiminin qaydalarına riayət etmirlər və kobud surətdə pzular. “Bu isə çox təhlükəlidir. Bildiyniz kimi koronavirus pandemiyası təhlükəsi hələ də tam aradan qalxmayıb və ikinci dalğanın qayıtma təhlükəsi var. Ona görə də təklif edərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargaha İnzibati Xətalar və Cinayət Məcəlləsinə qaydaları pozanlara qarşı daha təsirli addımların atılması və cəzaların sərtləşdirilməsini təklif edək. Bunun üçün üzərimizə nə düşürsə onu edək”- komitə sədri bildirib.

Milli Məclis sədri Sahibə Qafarova bütün millət vəkillərini insanları karantin rejiminin qaydalarına ciddi riayət edilməsi istiqamətində təbliğatlarını davam etdirməyi təklif etdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər