"İcra başçıları həbs edilən rayonların hüquq-mühafizə orqanları da məsuliyyətə cəlb edilməlidir" — Siyavuş Novruzovdan SƏRT AÇIQLAMALAR

may-05
13:34 2020
İcra başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır.
Bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, icra başçıları həbs olunan rayonlarda baş verənlərə görə həmin rayonun hüquq-mühafizə orqanlarının məsuliyyəti var. “Çünki onlar zamanında rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı yuxarı adiyyatı qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri məsuliyyət daşıyır. Odur ki, icra başçıları ilə yanaşı, həmin rayonlaırn hüquq-mühafizə orqanları məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”- deputat bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər