Ünvanlı sosial yardımın təyin edilməsində nöqsanlara yol verilib

dek-11
11:00 2015
Ünvanlı sosial yardımın təyin edilməsində nöqsanlara yol verilib























Yoxlamanın nəticələri açıqlandı

Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ünvanlı dövlət sosial yardımın təyin edilməsində nöqsanlara yol verib.

Bu barədə Hesablama Palatasında keçirilən kollegiya iclasında qurumun audit nəticələrinin müzakirəsi zamanı bildirilib.

Qurumdan bildirilib ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı mərkəz tərəfindən bir sıra hallarda sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib.

Bundan başqa, ailənin ümumi gəlirinin hesablanılması zamanı nöqsanlara yol verilib, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılıb.

“Auditor sosial müavinətlər və təqaüdlər üzrə bir sıra hallarda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması hallarına yol verildiyini bildirərək müharibə veteranlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ümumi səbəbdən əlillərə əmək pensiyası hüququ qazandıqdan sonra da sosial müavinət ödənilməsi, müavinətin təyinatının müddətinin və məbləğinin düzgün müəyyən olunmaması kimi nöqsanların mövcud olduğunu qeyd edib”, - deyə Palatadan qeyd edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər