Kürdəmirdəki ağır qəza — ÖLƏN VƏ YARALANANLAR VAR

may-04
12:31 2020
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Mercedes” markalı avtomobildə olan üç sərnişin hadisə yerində ölüb, dörd sərnişin isə ağır bədən xəsarətləri alıb.

Həmçinin bildirilir ki, “Nissan” avtomobilində olan dörd sərnişin də ağır yaralanıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə baş verən ağır avtomobil qəzasında daha bir nəfər ölüb.

Hadisə nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər