Sabah Bakının mərkəzi küçə və prospektləri bağlı olacaq

dek-11
13:55 2015
Sabah Bakının mərkəzi küçə və prospektləri bağlı olacaq
























Səhər saat 07:00 etibarən

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, dekabrın 12-də Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə paytaxtda keçiriləcək tədbirlərlə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq.

Mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə sabah saat 07:00-dan başlayaraq ziyarət başa çatana qədər Fəxri xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Polisdən həmçinin bildirilib ki, M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M.Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində, M.Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən alternativ yollardan istifadə etməyi, ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadə etməyi xahiş olunur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər