Koronavirusla mübarizənin ön cəbhəsində dayananlardan biri də onlardır - POLİSLƏR!

apr-30
14:08 2020


Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir

Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük



Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.

İlk gündən Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu mübarizəyə qarşı Operativ Qərargah yaradılıb. Milyardlarla vəsait ayrılıb. Vətəndaşlarımızın sosial və iqtisadi problemlərinin həlli istiqamətində müəyyən İşçi Qruplar yaradılıb. Eyni zamanda Ali Baş Komandan televiziya ilə bizə müraciət edərək “evdə qalın” deyir, göstəriş verir. Əslində, Ali Baş Komandanın bu göstərişi hər birimiz üçün əmr kimi başa düşülməlidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət edərək deyir ki, belə bir zamanda şəfqət, məhəbbət, humanizm xoş əməllər göstərməyə, hamını həmrəy olmağa və evdə qalmağa çağırıram. Gəlin bunu da unutmayaq ki, koronavirusla mübarizədə Azərbaycan özünün Nümunəvi Modelini yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməaində Azərbaycanı koronavirusla mübarizədə öncüllərdən biri kimi qeyd edir.

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük. Onlar bizim təhlükəsizliyimizi qoruyarkən həm də özlərinin sağlamlıqlarını və həyatlarını təhlükə altına ataraq minlərlə insanla təmasda olurlar. Belə vəziyyətdə onlara görə ALLAHA dua etmək əvəzinə, böhtan atılması ALLAHsızlıqdır. Onlar da bizim balalarımız, qardaşlarımızdırlar. Gəlin, polisimizi qoruyaq! Onlara əlavə əziyyətlər verməyək!

ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər