Xoş gəldin, “sultanım”...

apr-25
21:40 2020
Dəyərli oxucu, qiymətli vaxtınızı sərf edib, bölüşdüyüm fikirlərimə diqqət verdiyiniz üçün əvvəlcədən təşəkkür edirəm...
“Xoş gəldin sultanım” -bu xoş cümləni hər il, dünyanın müxtəlif ölkələrində yaşayan 1.5 milyarddan artıq müsəlman əziz qonağına Ramazan ayına söyləyir. Söyləyirlər amma bu söylənmə adi sözlə yox, bütün varlığı və hissləri ilə söylənən qarşılanmadır.
Sultanımız qapımızı heç də əli boş döymədi.İçərisi ruzi bərəkətklə zəngin günlər, eyni zamanda bir çox qadağalar olan sovqat boğçası ilə gəldi. O qadağalar ki, 14 əsrdən çoxdur hər il, insanlığın, müsəlman dünyasının qapısını döyür. Sultanımın gəlişinin hazırkı vəziyyətə təsadüf etməsi bəlkədə bir sınaqdır. Axı dünya aləmi, hələ də, kiçicik səbəblərin yaratdığı, böyük sınaqların qarşısında çapalamağdadır və ya başqa cür desək ölüm dirim mübarizəsindədir.
Sultanımın qadağaları biz insanları, saglamlığımız üçün ziyanlı olan və ya olacaq bir çox hərəkətlərdən çəkindirməyə çağırır. Bu da, bir “izolyasiya”dır, desəm yanılmaram. Amma, geridə buraxdığımız son bir ay dönəmində adını tez-tez duyduğumuz o izolyasiyadan deyil. Bu bir çox tərkibi özündə cəmləşdirən ” bioloji və ideoloji ” izolyasiyadır.
Bu arada! Əvvəllər “izolyasiya” termininə bəlkə də, bir o qədər fikir vermirdik.
Bioloji prizmadan yanaşsaq oruc tutmaqla, “Cənabi haqq” tərəfindən bizə bəxş edilən, qiyməti heç bir meyarla ölçüyəgəlməz varlığımızın hər bir orqanına ildə 1 ay da, olsa istirahət verməklə orqanizmimizdə maddələr mübadiləsinin intibahını və ya yenilənməsini təmin etmiş oluruq. Orqanizm daxilində müsbət xarakterli hüceyrələri oruc tutduğumuz müddət ərzində ac qoymaqla, ilboyu yığılıb qalmış və orqanizm üçün ziyanlı olan artıq maddələrin üzərinə hücuma yönəldir, başqa sözlə desək, orqanizm daxili dezinfeksiya işləri aparmaqla yeni həyat vermiş oluruq.
Enyi zamanda, ideoloji izolyasiya dövrünü keçirməklə, Ramazan ayı ərzində “Cənabi haqq”a tərəf daha çox yönəlir, insanlığa və varlığa qarşı düşüncələrimizdə müsbətə meylləri artırmış oluruq. Bu özü, beynimizin və düşüncələrimizin “qara fikirlər”dən özünütəcridi deyilmi?...
2020-ci il başlandığından, düynanın hazırkı bəla ilə qarşı-qarşıya dayandığı andan, bir neçə xristian ölkəsinin məscidlərində azan sədalarının daha geniş səpkidə eşidilməsi, məsələsi də, diqqəti cəlb etdi..Bu özü də, bəlkədə cənabi haqqın bizə verdiyi bir mesaj idi. Nə deyim?...
Əziz, xalqım, müsəlman bacı və qardaşlarım, qəlbində zərrə qədər də, olsa Allah sevgisi olan insanlar, hər birinizi “Sultanımızın-Ramazan ayı”nın gəlişi münasibətilə təbrik edirəm. Tutduğunuz oruclar, etdiyiniz dualar qəbula keçsin, inşəAllah.
Gəlin qəlbimizi bütün pisliklərdən təcrid edək. Axı izolyasiya zamanıdır...
Hazırladı: Xəbərçi.İnfo xəbər portalının bölgə müxbiri Xəyal Əliyev

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər