Ağsu rayon sakini Ramil Kərimovun Meydan TV-yə müraciəti ilə bağlı - TƏKZİB

apr-20
21:55 2020
Xeberci.info xəbər verir ki, Ağsu rayon sakini Ramil Kərimov Meydan TV-yə danışır ki, atası Qarabağ döyüşlərində yaralanıb. Müharibənin yaraları onu həyatdan çox erkən aparıb. O və digər 5 uşaq tək ananın himayəsində böyüyüb. Ancaq şəraitsizlik, kasıblıq, işsizlik ailə üzvlərinin hamısını xəstə, yarımcan edib. Qardaşının 2-ci qrup əlil kimi aldığı pensiyasının dərmanlarına çatmadığını, ünvanlı yardım üçün müraciətinə imtina verildiyini, ölkə rəhbərinə və rayon İcra Hakimiyyətinə etdikləri müraciətlərinə cavab verilmədiyini, başçı tərəfindən qəbul edilmədiyini və evinin dam örtüyünün dəyişdirlməsi üçün RİH-də vəsait olmadığını bildirmişdir.

Bildiririk ki, Kərimov Ramil Nadir oğlu Ağsu rayonunun Çaparlı kəndində qeydiyyatda olmaqla anası Məmmədova Almaz Xeyrulla qızı ilə birlikdə yaşayır. 05.02.2019-cu il tarixdə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş təbii fəlakətlə bağlı Heydər Əliyev Fondunun əməkdaşları tərəfindən anası Almaz Məmmədovanın fərdi yaşayış evinə baxış keçirilmiş və bir mərtəbəli, 2 otaq və 1 zaldan ibarət yaşayış evi yüksək keyfiyyətdə tikilərək onların istifadəsinə verilmişdir. Əlavə olaraq Fond tərəfindən ailəyə maddi köməklik də edilmişdir.

Ramil Kərimovun işlə bağlı müraciəti nəzərə alınaraq 2019-cu ilin noyabr ayında Çaparlı kənd tam orta məktəbində ocaqçı vəzifəsinə təyin olunmuş, hazırda orta aylıq əmək haqqı 238 manat təşkil edir. Anası Almaz Məmmədova isə yaşa görə 233.20 manat əmək pensiyası alır. 19.04.2020-ci il tarixdə ailəyə RİH tərəfindən ərzaq yardımı göstərilmişdir. R.Kərimov ÜDSY ilə bağlı müraciət etmiş, sənədlərində olan çatışmazlıq səbəbindən imtina verilmişdir. İzah olunmuşdur ki, sənədlərini hazırlayıb yenidən elektron qaydada müraciət etməlidir.

Qardaşı Orxan Kərimovun evi ilə bağlı müraciətinə cavab olaraq ona izah olunmuşdur ki, təbii fəlakətlə bağlı müəyyən olunmuş müddətə kimi, yəni 01.06.2019-cu il tarixə kimi müraciət etmədiyi üçün FHN-nin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə baxış keçirilməmişdir. Orxan Kərimov 3-cü dərəcəli əlil kimi 11.04.2011-ci il tarixdən hər ay 110 manat sosial müavinət alır.

R.Kərimovun RİH-ə şifahi və ya yazılı formada etdiyi müraciətləri iştiraklı ilə araşdırılmış, qanunamüvafiq qaydada cavab verilmişdir. Hazırki müraciətinin məqsədi qardaşına məxsus fərdi yaşayış evinin tikintisinə nail olmaqdır.

Ağsu Rayon İcra Hakimiyyəti


Ağsu rayon sakini Ramil Kərimovun Meydan TV-yə müraciəti ilə bağlı - TƏKZİB
Ağsu rayon sakini Ramil Kərimovun Meydan TV-yə müraciəti ilə bağlı - TƏKZİB
Ağsu rayon sakini Ramil Kərimovun Meydan TV-yə müraciəti ilə bağlı - TƏKZİB
Ağsu rayon sakini Ramil Kərimovun Meydan TV-yə müraciəti ilə bağlı - TƏKZİB
Ağsu rayon sakini Ramil Kərimovun Meydan TV-yə müraciəti ilə bağlı - TƏKZİB

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər