Yasda iştirak etmək adı ilə karantin qaydalarını pozan 56 nəfər cəzalandırılıb

apr-14
09:55 2020
"Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən qısa zamanda müəyyən ediliblər.
DİN-dən bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində təkcə ötən sutka ərazində paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 56 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər. Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə ediliblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 19-cu maddəsinə əsasən yaxın qohumlar dedikdə nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

Bir daha diqqətə çatdıraq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi araşdırılır. Buna görə də vətəndaşlardan bu xidmətdən sui-istifadə hallarına yol verməmələri tələb olunur. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər