TƏKZİB

apr-11
12:16 2020
Sizin “Youtube” şəbəkəsində təsis etdiyiniz “MUM Tv” kanalında 08 aprel 2020-ci il tarixdə yayımlanmış video-informasiyada Ağsu şəhəri 3-cü məhəllədə yaşayan Mayılov Abbas Fazil oğlu evinə zəlzələdən ziyan dəyməsinə baxmayaraq ona heç bir köməklik göstərilmədiyi, bununla əlaqədar Ağsu rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərə baxılmadığını və qəbul olunmadığını, eləcə də işaxtaran kimi rayon Məşğulluq İdarəsində qeydiyyatda olduğunu, lakin bu günə kimi işlə təmin edilmədiyindən şikayətlənir.

Bildiririk ki, F.Mayılovun Ağsu rayon İcra Hakimiyyətində müraciətinə baxılmaması və qəbul edilməməsi barədə danışdığı şikayət məzmunlu fikirlər əsla həqiqətə uyğun deyil. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün respublikada tətbiq edilmiş xüsusi karantin rejimi dövründə vətəndaşlarla əlaqənin qurulması məqsədilə rayon icra hakimiyyətində qaynar xətt, email, müraciətləri qəbil etmək üçün məsul şəxslər təyin edilmişdir. Bu barədə məlumatlar RİH-nin http://agsu-ih.gov.az/ rəsmi veb saytında yerləşdirilmişdir. RİH-nə edilən bütün müraciət və təkliflər qeyd alınmaqla operativ qaydada cavablandırılır.

Nəzərinizə çatdırırq ki, Ağsu rayonu üzrə zəlzələdən ziyan çəkmiş təmirə ehtiyacı olan fərdi yaşayış evlərdən qalan 339-nun layihə smeta sənədləri Fövqəladə Hallar Nazirliyinin “AZKOMMUNLAYİHƏ” İnstitutu tərəfindən hazırlanaraq Qiymətqoyma Mərkəzinə təqdim olunmuşdur. Yaxın günlərdə sənədlər rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra bir çox sakinlər kimi Abbas Mayılovun evində də təmir işlərinə başlanılacaqdır. Bu barədə ona məlumat verilmiş və o, razılığını bildirmişdir.

Digər məsələ ilə bağlı bildiririk ki, Abbas Mayılov işsiz və iş axtaran kimi 07 avqust 2019-cu ildə Ağsu Rayon Məşğulluq İdarəsində qeydiyyata alınmışdır. Həmin ilin oktyabr ayının 21-də fəhlə işləmək üçün ona “Az-Granata” MMC Ağsu Şirə və Şərab emalı zavoduna göndəriş verilmiş, o, həmin işdən imtina etmişdir. Rayon Məşğulluq İdarəsinin rəhbərliyi A. Mayılovla əlaqə saxlayaraq ona sosial iş təklif etmiş, o, bunu qəbul etmişdir.

Odur ki, “Youtube” şəbəkəsində “MUM Tv” kanalında yayımladığınız video-infotmasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu təkzibin saytınızda dərc olunmasını təmin etməyinizi xahiş edirik.

Ağsu Rayon İcra Hakimiyyəti

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər