TƏKZİB

apr-11
12:13 2020
Ağsu şəhəri sakini Babayev Vasif Vaqif oğlu haqqında 80.04.2020-ci il tarixdə Xural TV-də yayımlanan məlumatda su maşınının əlindən alındığı və işdən qanunsuz çıxarıldığı qeyd edilmişdir.

Bildiririk ki, Vasif Babayev rayon “Yaşıllaşdırma vıə Abadlaşdırma” MMC-nin 05 yanvar 2017-ci il tarixli, 01 saylı əmri ilə sürücü kimi işə qəbul edilmiş, rayon Kommunal Müəssisələri Kombinatının balansında olan 06-AC-199 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı təzə sudaşıyan avtomobil ona təhvil verilmişdir. İşlədiyi müddətdə işə istəyinə uyğun davam etmiş, avtomobildən daha çox öz xeyrinə, şəxsi məqsədləri üçün istifadə edərək nasaz vəziyyətdə saxlamışdır. MMC-nin rəhbərliyi tərəfindən dəfələrlə onunla aparılan izahedici söhbətlərdən nəticə çıxarmamışdır. Sonuncu dəfə V.Babayev subordinasiya gözləmədən birbaşa RİH başçısının qəbulunda olmuş, müəyyən tələblər irəli sürmüşdür. İzah olunmuşdur ki, məsələ ilə bağlı ilkin olaraq MMC-nin rəhbərliyinə müraciət etməlidir. MMC-nin rəhbərliyi bir daha onunla söhbət aparmış, ona tapşırılan işlərdə məsuliyyətli olmağı, şəhər ərazisində olan yaşıllıq sahələrinin suvarılması ilə bağlı müəyyən olunmuş müddətdə işə çıxmasını, istifadəsində olan avtomobilə vaxtlı-vaxtında texniki qulluq göstərməyi bildirmişdir. V.Babayev tələblərlə razılaşmayaraq ərizəsini təqdim etmişdir. Bu əsasla o, rayon “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-nin 28 yanvar 2020-ci il tarixli, 02 saylı əmri ilə işdən azad olunmuşdur. Odur ki, Vasif Babayevin verdiyi məlumatı və tələbi əsassızdır.

Bunları nəzərə alaraq “Youtube” şəbəkəsində Xural TV kanalında yayımladığınız video-infotmasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu təkzibin saytınızda dərc olunmasını təmin etməyinizi xahiş edirik.

Ağsu rayon İcra Hakimiyyət

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər