Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir

apr-07
19:11 2020
Xeberci.info xəbər verir ki, Xüsusi karantin rejimi şəraitində vətəndaşların zərurət olmadıqda evdən çıxmaları qadağan edilib. Əlbəttə, insanlar istər-istəməz xəstəxanalara, banklara, ərzaq mağazalarına getmək məcburiyyətindədirlər. Belə bir şəraitdə onların evdən çıxışlarını məhdudlaşdırmaq istiqamətində müvafiq tədbirlər görülməlidir.
Bununla əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan tənha, ahıl və xəstəliyi olan insanlara evlərində bir sıra xidmətlər göstərilir. Belə ki, modul qruplar, mərkəzi xəstəxananın həkimləri, yerli icra nümayəndələri və könüllülər onları müvafiq olaraq zəruri ərzaq məhsulları ilə təmin edir, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanları ünvanlarında çatdırır, arzu və istəklərini yerinə yetirirlər.
Eyni zamanda rayonun kənd yaşayış məntəqələri sakinlərinin bank filialına getmələrinin azaldılması məqsədilə kənd təsərrüfatı ilə bağlı subsidiya kartları yerli poçt şöbələrinin əməkdaşları vasitəsilə onların evlərinə göndərilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülmüş bu tədbirlərlə yanaşı Ağsu rayonu ərazisində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.
İnfeksiya ilə mübarizə tədbirlərinə dəstək məqsədilə “Ağsu” İdman Kompleksi tərəfindən keçirilən "Siz evdə qalin biz sizə gələcəyik" xeyriyyə aksiyası çərçivəsində Ağsu rayonunda idmanın müxtəlif növləri ilə məşğul olan idmançılara və onların ailə üzvlərinə ünvanlarında pulsuz tibbi spirt, əlcək və maska paylanılmasına başlanılıb. Bu xeyriyyə aksiyasının ümumilikdə 540 ailəni əhatə etməsi nəzərdə tutulub.


 Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir Ağsu rayonunda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər