Kamal Mirzəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

apr-06
20:56 2020
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağsu Rayon Məşğulluq Mərkəzinin direktoru Kamal Mirzəyevdir.

Ağsu Rayon Məşğulluq Mərkəzinin direktoru Kamal Mirzəyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Kamal Mirzəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Kamal Mirzəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Kamal Mirzəyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Sorğu apardıq ağız dolusu Kamal Mirzəyevdən danışdılar yaxşı ki, Kamal Mirzəyev Ağsu Rayon Məşğulluq Mərkəzinin direktoru təyin olunub…

Xeberci.info-nun bölgə müxbiri xəbər verir ki, Ağsu rayon Məşğulluq Mərkəzinin direktoru Kamal Mirzəyev ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısının, bu sahədə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının regionların sosial-iqtisadi inkişafına güclü təkan verdiyini, respublikamızın hər yerində, o cümlədən Ağsu rayonunda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaratdığını diqqətə çatdırıb. Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər