“Agsu Aqropark” KMDF-ə könüllü ianə edib - MƏBLƏĞ

mar-30
13:46 2020
“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Agsu Aqropark” QTSC tərəfindən könüllü ianə edilib.

Xeberci.info xəbər verir ki, bu barədə “Agsu Aqropark” QTSC-dən məlumat verilib.

Məlumata görə, şirkət, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 20 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

“Agsu Aqropark” QTSC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər