Koronavirusun DƏHŞƏTLİ STATİSTİKASI — SON DƏQİQƏ

mar-27
10:43 2020
Son dəqiqələrə olan statistikaya görə, dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı yenə artıb.

Bu dəqiqələrdə rəsmi statistika dünyada koronavirusa yoluxanların sayının 532 692 nəfərdən çox olduğunu göstərir. Bu dəhşətli virusdan ölənlər isə 24.000 nəfərdən çoxdur.
Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 86 043 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 1300 nəfərdən çoxdur.
Virusun tuğyan etdiyi İtaliyada 80 589 nəfər COVİD – 19-dan əziyyət çəkir. Ölüm sayı isə rekord həddə 8215 nəfərə yüksəlib.
İspaniyada isə bu səbəblə dünyasını dəyişənlər 4 365 nəfər olub.
Fransada yoluxma sayı 29 566, vəfat edənlərin sayı isə1 696 nəfərə yüksəlib.
İranda bu saatda koronavirusdan ölənlər 2 234 nəfərdir.
Digər ölkələrdə isə ölüm sayı İngiltərə - 580, Türkiyədə də bu rəqəmlər artaraq 75 nəfər olub. Yoluxma sayı isə 3 629 nəfərdir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər