Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir

mar-24
16:17 2020
24 mart 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir. İclasda rayon ərazisində koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verilmiş, bu istiqamətdə görülən işlər müzakirə olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycanda Koronavirusla bağlı məsələ ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən elə ilk gündən nəzarətdə saxlanılmış, Nazirlər Kabineti 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni Koronavirus xəstəliyinin qarşısınin alınması ilə bağlı fəaliyyət planını təsdiq edilmişdir.

Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargah tərəfindən də rayon sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir. Qeyd olunmuşdur ki, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, yaşayış binalarında və küçələrdə qrafik üzrə müntəzəm olaraq tibbi proflaktik dezinfeksiya işləri aparılmış və bu gün də aparılmaqdadır. İclasın yekununda aparılan dezinfeksiya işlərinin daha da sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar verilmişdir.

Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdirSalyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər