Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı — RƏSMİ

mar-24
12:05 2020
“Hazırda Azərbaycanda ahıl insanların sayı 720 min nəfərdir”.
Bunu modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur:

“Amma məlum olduğu kimi, karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək.

Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65 yaşdan yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar”.

Şöbə müdiri qeyd edib ki, ümumilikdə 9500 tənha ahıla və əlilliyi olan şəxsə sosial xidmətlər göstərilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər