“AzGranata” şirkəti koronavirusla mübarizə üçün iki milyon manat ayırdı

mar-23
11:32 2020
Xeberci.info xəbər verir ki, Az-Granata müəssisəsi, 2011-ci ilin oktyabr ayının 29-u tarixində prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır. Ağsu rayonunda yerləşən və 14 hektar sahəni əhatə edən Az-Granata zavodu, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir.
Hazırda Az-Granata zavodu, meyvə şirəsi, konsentrat, kompot, mürəbbə, üzüm yarpağı, narşərab və abqora ilə yanaşı, alkoqqolu içkilər sahəsində isə bir neçə çeşiddə şərablar, likyor, oynaq şərablar, meyvə araqları, vodka, konyak, viski, rakı istehsal edir.

Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub.
Az-Granata -nın 4 hektar tut, 15 hektar albalı, 500 hektar üzüm və 500 hektar nar bağları var. Müəssisənin bağlarında yetişdirilən meyvələrin bir qismi ölkədaxili və xarici bazarlarda satışa göndərilir, digər bir qismi isə müəssisədə xammal kimi istifadə olunur. Az-Granata məhsulları dünyanın Rusiya, Amerika, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstraliya və s. kimi 27 ölkəsinə “Made in Azerbaijan” adı ilə ixrac edilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər