Ağsuda korona virusu ilə əlaqədar güclü tədbirlər həyata keçirilir - ÖZƏL

mar-21
17:13 2020
Xeberci.info xəbər verir ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Əli Hüseynov redaksiyamızda bildirdi ki, Azərbaycan dövlətinin apardığı uğurlu iqtisadi-siyasi kurs nəticəsində bütün sahələrlə bərabər, ölkə səhiyyəsi də sürətlə inkişaf etmişdir. Bu gün bu sahədə əldə olunan uğurların təməlində isə ulu öndərimiz, dahi Heydər Əliyevin rəhbərliyi ilə aparılan səhiyyə islahatları dayanır. Heydər Əliyev üçün ən vacib olan məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması idi. Ölkə əhalisinin sağlamlığının etibarlı qorunması üçün, ilk növbədə səhiyyənin qanunvericilik bazası möhkəmləndirildi və bir neçə vacib qanunlar qəbul olundu.

Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. CoVİD-19 adı verilən koronavirus artıq Azərbaycanda daxil olmaqla, 136 ölkə və ərazidə yayılıb. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində aşkarlanan yeni tip korona virusu ilə əlaqədar Azərbaycanda lazımlı tədbirlər həyata keçirilib.

Dünya boyunca, virusun yayıldığı Çin də daxil 142 000 insan koronavirusa yoluxub.

Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər.

Azərbaycanda eləcə də Ağsuda korona virusu olan insanlara lazımlı əməliyyat planı çərçivəsində səhiyyə xidmətləri məlumatlandırılıb və hazır vəziyyət yaradılıb. Xəstəxanalarda lazımi tədbirlər görülüb. Müəyyən xəstəxanalarda izolyasiya otaqları hazırlanıb. Antiviral dərman ehtiyatı artırılıb. Xəstəlikdən qorunmaq üçün tibb işçiləri maskalar, tibbi avadanlıqları və geyimlərlə təchiz edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər