Mübariz Mənsimova daha bir zərbə — Sabiq futbolçusu onu məhkəməyə verir

mar-19
13:39 2020
"Mübariz Mənsimovun həbs olunması xəbərini mətbuatdan oxudum. Açığı, çox məyus oldum. Çünki eyni hal həm də mənim başıma gəlmiş oldu. Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyğun Nadirov məni illərdir aldadırlar”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Futbol+” qəzetinə açıqlamasında "Zirə”nin üzvü Adrian Skarlatake deyib.

Rumıniyalı futbolçu tanınmış iş adamının yaxın adamlarının onun pulunu verməmək üçün hər cür yola əl atdığını, Mənsimovun saxta sənəd düzəldənlərdən xəbərdar olduğunu bildirib:

"FİFA və Azərbaycan Ali Məhkəməsinin bu məsələdə qalib gəlməyim barədə qərarı var. Orda da 1 illik maaşımın ödənilməməsi ilə bağlı bənd var. Lakin son 4 ildə Mais Mənsimovla Tuyqun Nadirov Lənkərandan olan məhkəmə icraçıları ilə birləşərək saxta işlər görməkdədirlər. Onlar saxta sənədlərdən istifadə edərək bir neçə dəfə "Xəzər Lənkəran”ın prezidentinin və rəsmilərinin vəzifələrini dəyişiblər. Halbuki klub onlara məxsus idi və hazırda da elədir”.
Şikayətçi Mais Mənsimovla Tuyqun Nadirovun əməlləri haqqda şok faktlar açıqlamaq istəmədiyini bildirib:

"Hələ ki çox dərinə getmək istəmirəm. Yaxın günlərdə onların iyrənc əməllər haqda məlumat verəcəm. Dövlət üçün işləyən lənkəranlı icraçılar vəzifə borclarını vaxtında yerinə yetirmədilər. Bununla da Mais Mənsimovla Tuyqun Nadirovun "Xəzər Lənkəran”a nəzarət edən şirkətin aktivlərinin, klubun bütün mallarının təhvil alınmasına və satılmasına dair sənədlərdə dəyişiklər etməsinə şərait yaratdılar. Bu və başqa cinayət faktları FİFA-da var. Azərbaycan Ali Məhkəməsində udduğum məhkəməni əngəlləmək və mənə çatacaq pulu ödəməmək üçün bu cür yola əl atdılar”.

İllərdir Azərbaycanda top qovan Skarlatake haqqı olan puldan hələ də əlini üzmədiyini qeyd edib. Onun fikrinə görə, Azərbaycan höküməti araşdırma aparıb, cinayətkarların üzə çıxarılmasına nail olacaq:

"Azərbaycanın ədalətinə əminəm və Baş Prokurorluğun hərəkətə keçərək Mais Mənsimovla Tuyqun Nadirovun, eləcə də onlarla əlbir olan hökümət işçilərinin və vəkillərin korrupsiya faktlarını üzə çıxaracağına əminəm. Əks təqdirdə yenidən FİFA-ya və ya İnsan Hüquqları Ali Məhkəməsinə üz tutacam. Mən klubdan müqavilədə əks olunan 1 illik maaşımı istəyirəm, bura mükafat aid deyil. Bütün təfərrüfatları əsl həqiqətin üzə çıxması ümidi ilə prokurora verəcəm. Yene deyirəm, Azərbaycanın ədalətinə güvənirəm və ümid edirəm ki, futbol belə cinayət əməllərinin kölgəsində yatmayacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər