Ağsu rayonunda İkinci Dünya müharibəsində sağ qalan yeganə veteran ziyarət olunub

mar-18
13:10 2020
Xeberci.info xəbər verir ki, Novruz bayramı ərəfəsində Ağsu şəhər sakini, İkinci Dünya müharibəsi veteranı Əlpənah Şirəliyev ziyarət olunub.
Mayın 20-də 100 yaşı tamam olacaq Əlpənah Şirəliyev Ağsu rayonundan cəbhəyə gedən və bu günədək sağ qalan yeganə veterandır.
Yataq xəstəsi olan veteranı ziyarət edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Əliyev, Ağsu bələdiyyəsinin sədri Nadir Orucov, Veteranlar Təşkilatının sədri Cəmaləddin Zeynalov və başqaları 1564 nəfər ağsulunun dünya müharibəsindən geri qayıtdığını vurğulayıb, onların arasında sağ qalan yeganə veterana və onun ailəsinə xoş arzularını çatdırıblar.
Görüşdə veterana Novruz sovqatı verilib.

Ağsu rayonunda İkinci Dünya müharibəsində sağ qalan yeganə veteran ziyarət olunubAğsu rayonunda İkinci Dünya müharibəsində sağ qalan yeganə veteran ziyarət olunub

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər