Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb — VİDEO

mar-12
14:06 2020
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun gəlini Samirə Bəşirovaya üç yaşlı qızı Miray geri qaytarılıb.
Bu barədə Samirə Bəşirova öz İnstagram səhifəsində məlumat yayıb.

Qeyd edək ki, S.Bəşirova əri Tamerlan Bəşirovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Boşanma hadisəsi Azərbaycan əsilli rusiyalı iş adamı Səxavət Baxşıyev və keçmiş hakim Çingiz Bəşirovun ailələri arasında münaqişəyə sə bəbə olub. Nəticədə üç yaşlı qız qanunsuz olaraq anasından alınaraq atasının himayəsinə verilib.

Belə ki, martın 5-də polis Çingiz Bəşirovun göstərişini yerinə yetirərək S. Baxşıyevin evinə daxil olaraq Mirayı ananın əlindən alaraq atası Telman Bəşirova təhvil verib.

Bundan sonra Samirə Bəşirova analıq hüquqlarının pozulması ilə əlaqədar bütün hüquq-mühafizə orqanlarına, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də kömək istəyib.
Nəhayət məsələyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müdaxilə etməli olub. Məhz bundan sonra məsələ ananın xeyrinə həll olunub.
Bununla əlaqədar S.Bəşirova “Instagram” səhifəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

S.Bəşirovanın sözlərinə görə, hazırda prokurorluqda polis əməkdaşlarının qanunsuz hərəkətləri araşdırılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər