Lənkəranın İcra başçısı cari ildə növbəti səyyar qəbulunu Sütəmurdov kəndində keçirib

mar-06
15:17 2020
Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqlar Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Şəhər İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı İcra başçısı sakinlərin rahatlığı üçün qabaqcadan elan olunmuş qrafikə uyğun olaraq ayrı-ayrı yaşayış məntəqələrində də səyyar qəbul-görüşlər keçirib narahatlıq yaradan problemlərlə tanış olur və onların həlli ilə bağlı lazımi tədbirlər müəyyənləşdirir. Növbəti belə səyyar görüş-qəbul fevralın 27-də rayonun Sutamurdov kəndində keçirilib. Şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə keçən səyyar görüş-qəbuldan sakinlər məmnun qaldıqlarını ifadə ediblər. İcra başçısı sakinlərin qaldırdığı məsələləri, irəli sürdükləri təklifləri həssaslıqla dinləyərək onların həlli ilə əlaqədar aidiyyəti məsul şəxslərlə birgə konkret tədbirlər müəyyənləşdirib.Çıxış edən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Çıxışlarda son illərdə sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində rayonda və inzibati ərazi dairəsində görülən işlərə, xüsusilə gənclərin daha çox arzuladığı Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsinə, əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz, rabitə, genişzolaqlı internetlə təchizata, içməli su xəttinin çəkilməsinə, yeni iş yerlərinin açılmasına və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən digər işlərə görə ölkə rəhbərliyinin ünvanına çoxsaylı minnətdarlıqlar ifadə olunub. Görüş-qəbulu yekunlaşdıran İcra başçısı sakinlərin qaldırdıqları məsələlərin vaxtında həllinin təmin olunması ilə bağlı bir daha aidiyyəti məsul şəxslərə tövsiyə və tapşırıqlarını verib.

Lənkəranın İcra başçısı cari ildə növbəti səyyar qəbulunu Sütəmurdov kəndində keçiribLənkəranın İcra başçısı cari ildə növbəti səyyar qəbulunu Sütəmurdov kəndində keçirib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər