Parisdə erməni iyrəncliyi — Raşida Datiya qarşı görün nə etdilər

mar-06
11:30 2020
Martıq 15-22-də Paris meriyasına seçkilər keçiriləcək. Paris meri postu uğrunda 3 namizəd yarışır və onlar arasında Azərbaycanın yaxın dostu Raşida Dati də var.
Ermənilər Paris meri postuna namizəd, Azərbaycanın yaxın dostu olan Raşida Datiyə qarşı aktiv qara piar aparır.

İstər Fransada olan erməni diasporu, istərsə də dünyanın digər ölkələrindəki diaspor təşkilatları bir araya gələrək Raşidə Datinin seçilməsinə hər vəchlə mane olmaq üçün qara piar aparmaqdadırlar.

Fransada yaşayan ermənilər isə Raşida Datinin Paris meri vəzifəsinə namizədliyini irəli sürülməsindən çox ciddi narahat olduqlarını açıqca dilə gətirirlər və onun namizədliyinin əleyhinə aktiv fəaliyyət göstəməkdədirlər.

Fransa erməniləri və Ermənistan Raşida Datinin Azərbaycanla yaxın dostu olduğu faktını da ona qarşı “qara piar” kimi istifadə edirlər.
“Armenpress” yazır ki,  Fransadakı erməni koordinasiya şurasının sədri Murad Papazyan, “Nouvelles d'Arménie” jurnalının baş redaktoru Ara Toranyan və İl-de-Fransa şəhər sovetinin üzvü Patrik Karam Raşida Datinin mer postuna namizədliyinin əleyhinə çıxıb, narahatçılıq keçirdiklərini açıqca bəyan edən fikirlərlə Fransa mediasında çıxış ediblər. Ermənilər  Raşida Datini  Azərbaycanın yaxın dostu olması və dünyada Azərbaycan həqiqətlərini  dünyaya çatdırması və müdafiə etməsinı pisləyərək, onun qısa zamanda Azərbaycanla əlaqələrini kəsməsini tələb ediblər. Erməni diasporası R.Dati ilə yanaşı  hər zaman olduğu kimi bu dəfə də Azərbaycan haqqında reallığa uyğun olmayan, həqiqətdən uzaq cəfəng iftiralar yazıblar.
Ermənilər Raşida Datinin 2017-ci ildə Avroparlamentin Azərbaycana qarşı siyasi təzyiqlərinə qarşı çıxmasını,  2016-ci il aprel döyüşlərindən ermənilərə qarşı çıxmaqda, Avropa məkanında  rəsmi Bakını dəstəkləməkdə “ittiham” ediblər.

Paris meri vəzifəsinə Raşida Datidən başqa daha iki namizəd yarışır. Onlardan biri hazırki mer Ann İdalqodur və ermənilərə yaxınlığı ilə seçilir. O mer olduğu zaman Ermənistana səfər edib. Digər namizəd isə Fransanın sabiq  Səhiyyə naziri Anez Buzindir və onun namizədliyini  prezident Emanuel Makronun partiyasə irəli sürüb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər