Bakı polisi yolda bu hərəkətləri edən uşaqları axtarır — VİDEO

mar-04
12:11 2020
Bakıda bir qrup gənc yolun ortasında idman edir. Onlar bu hərəkətləri ilə həm özlərinin, həm də digər hərəkət iştirakçıların həyatını təhlükəyə atırlar.
Xəzər TV xəbər verir ki, təhlükəli hərəkətlər edən bu şəxslərin kimliyi polis tərəfindən araşdırılır.

İki nəfər yolda idman hərəkətləri edir, bir nəfər isə onları telefonla çəkir.

Görüntülər Bakıda Yasamal rayonu, ''Sovetski'' kimi tanınan ərazidəki yolda çəkilib. İki yeniyetmə həyatlarını təhlükəyə ataraq hərəkətin intensiv olduğu yolda dartınma hərəkəti edirlər.

Onlar sürətlə gələn avtomobilllər yaxınlaşdıqda yolun hərəkət hissəsindən kənara çəkilirlər. Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yeniyetmələrin bu hərəkəti kobud qayda pozuntusudur.
Videonu çəkib ''Xəzər Xəbər''in "Whatsapp" nömrəsinə göndərən hadisə şahidi iddia edir ki, həmin şəxslər avtomobillər yoldan azalan kimi həmin təhlükəli hərəkətlərini təkrarlayıblar.

Vaqif Əsədov dedi ki, bu fakt polis tərəfindən ciddi şəkildə araşdırılacaq.

Bölmə rəisi onu da bildirdi ki, həmin uşaqlar aşkar edildikdən sonra onların valideynlərinə də belə faktların baş verməməsi üçün xəbərdarlıq ediləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər