Bakıda “Baku Oil Service” Mərkəzində yanğın baş verib — FOTO - VİDEO - YENİLƏNİB

mar-03
09:11 2020
Bakı şəhəri, Səbail rayonunda “Baku Oil Services”ə (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
"Ölkə.Az" bildirir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Səbail rayonunda yanğın hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, hadisə Bakı-Salyan şossesində yerləşən “Baku Oil Service” şirkətinin binasında qeydə alınıb.

Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları hadisə barədə FHN-ə məlumat verib. Yanğın güclü olduğundan əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 briqadası cəlb edilib.

Alov söndürülüb, yanğının ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı binanın bir və ikinci mərtəbələri tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin təfərrüatı araşdırılır. oxu.az


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər