İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmir rayonunda səfərdə olub

mar-02
22:22 2020
Martın 2-də İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovla görüşüb. Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Ceyhun Cəfərov tərəfindən Kürdəmir rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun uğurlu nəticələrinin Kürdəmirin də simasından aydın göründüyünü qeyd edən icra başçısı son illərdə rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə, həyata keçirilən infrastruktur layihələr, xüsusilə kənd təsərrüfatının inkişafı barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərova təşəkkürünü bildirən səfir İndoneziya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razılığını ifadə edərək, bu əlaqələrin daha da dərinləşməsindən ötrü səylə çalışacağını vurğulayıb. İndoneziyanın da Azərbaycanla geniş əlaqələri olduğunu və gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.
Daha sonra onlar Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzi, Kürdəmir Süd emalı zavodu və “Azərxalça” ASC-nin Kürdəmir filialı ilə tanış olublar.

İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmir rayonunda səfərdə olubİndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmir rayonunda səfərdə olubİndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmir rayonunda səfərdə olubİndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmir rayonunda səfərdə olubİndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmir rayonunda səfərdə olubİndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmir rayonunda səfərdə olub

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər