Xocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıb

mar-01
10:39 2020
Xeberci.info xəbər verir ki, Ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Parkı abidə kompleksini ziyarət ediblər.
Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətə gələnlər 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən soyqırımı faciəsinin qurbanlarını anaraq, Vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.
Sonra şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxunub. Mərasim iştirakçıları xatirə kompleksinin önünə qərənfillər düzərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Ümumrayon tədbiri Mədəniyyət sarayında davam etdirilib. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə Xocalı həqiqətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Anım mərasimində Ağsu rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında “Əsir düşmüş gecə” kompozisiyası təqdim edilib.
Sonda rayonda məskunlaşmış Xocalı ailələrinə ərzaq yardımları verilib.
****************
Ağsu rayon Heydər Əliyev Mərkəzi Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar rayon tam orta məktəblərində soyqırıma həsr olunmuş sərgi və mühazirələr keçirib. İlk anım tədbiri şəhər 1 saylı məktəb-liseydə təşkil edilib.
Sərgidə Mərkəzin rəsm dərnəyinin üzvlərinin 30-dan çox əsəri nümayiş olunub. Siniflər üzrə keçirilən mühazirələrdə isə Mərkəzin əməkdaşları və könüllülər iştirak ediblər. Mühazirələrdə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olması, xalqımızın 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, xalqımızın öz tarixi torpaqlarından qovulması qeyd olunub. Səyyar sərgi və mühazirələr fevralın 26-dək ümumtəhsil orta məktəblərində davam etdirilib.
*****************
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri o vaxtkı SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etmişlər. Hücumdan əvvəl şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmuş və şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşlar. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar.
Bütün bunlar Ağsu rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünün anım mərasiminə həsr olunmuş tədbirdə səsləndirilib. Tədbirdə Xocalı soyqırımına aid kitab sərgisi təşkil olunub və sənədli film nümayiş etdirilib.


Xocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıbXocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıbXocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıbXocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıbXocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıbXocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıbXocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıbXocalı soyqırımının qurbanları Ağsu rayonunda keçirilən silsilə tədbirlərlə anılıb

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər