Köçkünlər verilən mənzillərdən razı qalmadılar, qarşıdurma oldu – Saxlanılanlar var

fev-28
13:53 2020
Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi prosesi zamanı qarşıdurma yaranıb.
Bir neçə məcburi köçkün onlara verilən mənzillə razılaşmayaraq Laçın Rayon İcra Hakimiyyətinin qarşısına yığışıblar. Bu zaman polisin müdaxiləsi ilə saxlanılanlar olub.
İlkin məlumata görə, qarşıdurma zamanı iki nəfər sakin və polis əməkdaşları da xəsarət alıb.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd edilən hadisə zamanı polis əməkdaşları heç bir xəsarət almayıb: “İki nəfər xuliqanlıq etdiyi üçün Laçın Rayon Polis Şöbəsinə gətirilib. Onlar şöbədə də xuliqanlıq əməllərini davam etdiriblər. Hər iki şəxs başını şöbənin qapısına vuraraq özlərinə xəsarət yetiriblər. Dərhal polis şöbəsində təcili tibbi yardım çağırılıb və həmin şəxslər tibbi yardım edilib. Hazırda onların əməlləri ilə bağlı araşdırma aparılır”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər