İranda daha dörd deputat koronavirusa yoluxdu

fev-28
13:43 2020
İranda daha dörd deputat koronavirusa yoluxub.

“Haber Global”ın məlumatına görə, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili “Twitter” hesabında bəyan edib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq parlamentdə 30 vəkilə virus testi aparılıb.

Məhəmməd Əli Vəkili virusa yoluxan deputatların adlarını açıqlamayıb.
“Koronavirus testlərinin nəticələrinə görə, parlamentdə 30 həmkarımızdan indiyə qədər dördünün testi pozitiv çıxıb”, – deyə o bildirib.

Qeyd edək ki, İran Səhiyyə nazirinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Kiyanuş Cihanpur “COVID-19” səbəbindən ölkə ərazisində 26 nəfərin öldüyünü bildirib.

Onun sözlərinə görə, ümumilikdə 245 nəfərdə yoluxma müəyyən edilib.

Virusun sürətlə yayıldığı ölkədə nazir müavini İrəç Hərirçi, millət vəkili Mahmud Sadıqi, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri Höccətislam Müctəba Zunnur və ölkə prezidentinin Qadın və Ailə məsələləri üzrə köməkçisi Məsumə Ebtekara koronavirus diaqnozu qoyulub. (oxu.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər