İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

fev-27
14:44 2020
Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıb

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Tarixi düşmənlərimiz olan ermənilərin havadarları ilə birgə yalnız Azərbaycana deyil,bəşəriyyətə qarşı törətdiyi Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar İsmayıllı rayonunda müxtəlif məzmunlu tədbirlər, hüzn məclisləri, müsabiqələr, xatirə turnirləri,hadisələrin şahidləri ilə görüşlər, yardımlaşma aksiyaları keçirilib.
Fevral ayının 26-da isə Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş hüzn yürüşü keçirilib. Yürüş başlanğıcını şəhərin mərkəzi meydanından götürüb, Nizami Gəncəvi küçəsi ilə Mübariz Orucov küçəsinin kəsişdiyi yerdə ucaldılmış “Ana harayı” abidəsinədək davam edib.
Burada 6 min nəfərdən çox ziyarətçinin iştirakı ilə hüzn mitinqi keçirilib. Əvvəlcə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin önünə əklil qoyub. Sonra tədbiri giriş nitqi ilə rayon veteranlar Şurasının sədri Əlaləm Babayev açıb. Xocalı şəhidlərinin,Qarabağ müharibəsində şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cümə məscidinin dini icma sədri və imamı Vasif Teymurov,Laçın rayonundan məcburi köçkün düşmüş Dövlətqaçqınkomun İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyev çıxış ediblər.
RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, bu gün bütün Azərbaycanda olduğu kimi İsmayıllıda da şəhidlərin əziz xatirəsi anılır. Ziyarətçilərin axını bir daha onu sübut edir ki, tökülən qanlar yerdə qalmayacaq, torpaqlarımız işğaldan azad olunacaq, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti,ədalətli mövqeyi sayəsində Böyük Qələbə sevincini yaşayacağıq.
Hüzn mitinqi yekunlaşandan sonra iştirakçılar şəhidlərin ruhunu xatirə kompleksinə qül qoymaqla yad ediblər.
Ziyarət başa çatdıqdan sonra iştirakçılar şəhər Mədəniyyət mərkəzinə gəlib və Elxan Elatlının Mübariz İbrahimova həsr etdiyi romanı əsasında hazırlanmış faciəvi tamaşaya baxıblar.Xalq teatrının hazırladığı tamaşada daha çox Xocalı hadisələrinə yer verilib.

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


İsmayıllı Rayon İcra Hakimiyyətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


25 fevral 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində Xocalıdan məcburi köçkün düşüb İsmayıllıda müvəqqəti məskunlaşmış soydaşlarımızın iştirakı ilə soyqırmı qurbanlarının xatirəsi anılıb. Şəhid Xocalının, Xocalıda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “keçmiş olsun” deyib və iştirakçılara başsağlığı verib.Şəhidlərə Allahdan rəhmət və Xocalı sakinlərinə səbr diləyib. Daha sonra qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətlənən ölkəmizin müsəlləh ordusunun gücü ilə torpaqlarımız işğaldan azad olunacaq. Birliyimiz, haqq-ədalət mövqeyində olmağımız Xocalını qaytaracaq.Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında ermənistanın baş naziri Paşniyanla debatda qazandığı siyasi,ideoloji, eyni zamanda, tarixi və müasir faktlara əsaslanan qələbə Böyük qələbənin əsasını qoyub.XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına görə tarixi düşmənlərimiz mütləq cavab verəcəklər.
Dövlətqaçqınkomun İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyev, Xocalıdan məcburi köçkün düşüb İsmayıllıda məskunlaşan Şahmar Həsənov, Lyudmira Haqverdiyeva gördükləri dəhşətlərdən danışıb və Azərbaycanın bu gününü yaşadıqları üçün dövlətə minnətdarlıq ediblər. Uştalda müvəqqəti məskunlaşmış Qərib Şirinov ona ev tikdirdiyi üçün Heydər Əliyev fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından təşəkkürünü bildirib.
Ağdam və Cəbrayıl rayon icra hakimiyyətlərinin nümayəndələri Zahid Namazov və Məzahir Şükürov dövlətimizdən, dövlət başçısından , İsmayıllı əhalisindən razılıq bildirən məzmunda çıxış ediblər.
Rayon ağsaqqallar şurasının sədri Valeh Salehov çıxış edərkən bildirib ki, tökülən qanlar bizi daha qətiyyətli mübarizəyə,siyasi-ideoloji, baş tutmazsa silahlı müharibəyə səsləyir. Biz yenə də işğal edilmiş torpaqların daimi istifadəçisi, müstəqilliyimiz kimi əbədi sakinləri olacağıq. Bu dərin inamı xalqda cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti yaradıb.
RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir Xocalı sakininə müraciət edib, sözü, təklifi, problemi olduğunu soruşub.Deyilənlərə uyğun müvafiq tapşırıqlar verib.
Dəvət olunanlara ərzaq yardımı göstərilib.

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


İsmayıllıda 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Fevralın 19-da İsmayıllıda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərinin Mərkəzi meydanındakı abidəsi ziyarət olunub, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri abidənin önünə tər çiçək dəstələri düzüblər.
Tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin foyesində yığıncaq iştirakçıları rayonun sosial-iqtisadi inkişafını, kənd təsərrüfatını, sənayesini, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurları və turizm potensialını əks etdirən sərgiyə baxıblar.
Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açıb, qonaqları və yığıncağa dəvət olunanları salamlayıb.2019-cu ilin bütövlükdə ölkəmiz, eyni zamanda İsmayıllı rayonu üçün də uğurlu il olduğunu diqqətə çatdırıb. İlin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin icra olunduğunu, dayanıqlı inkişafın təmin edildiyini bildirib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dünya ölkələri ilə ikitərəfli əlaqələrin genişləndiyini,çoxtərəfli əməkdaşlığın formalaşdığını söyləyib.
RİH-nin başçısı “İsmayıllı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə geniş məruzə edib.
Qeyd olunub ki, 2019-cu ildə rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Şəhərin mərkəzində 4 ulduzlu otel binası, “Azərxalça” ASC-nin ikinci xalça istehsalı müəssisəsi, 100 yerlik uşaq bağçası, 48 mənzilli yaşayış binası, Basqal qəsəbəsində 432, Gəraybəyli kəndində 320 şagird yerlik yeni məktəb binaları,Sumağallı, Sulut,Diyallı kəndlərində tibb məntəqələri və s. tikilib istifadəyə verilib. Rayonda əsas kapitala 92 milyon 160 min manat investisiya qoyulduğu, faktiki qiymətlərlə 273 milyon 242 min manat məbləğində ümumi məhsul istehsal olunduğu diqqətə çatdırılıb. Rayon iqtisadiyyatının əsasını aqrar sahənin təşkil etdiyi, 2019-cu ildə rayon üzrə ümumi məhsul istehsalının 36,4 faizinin bu sahənin payına düşdüyü, “İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyalarının il ərzində 8 milyon 903 min kilovat saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürdüyü, rayonun 108 yaşayış məntəqəsindən 48-nin qazlaşdırıldığı, internetin surət və keyfiyyətinin yaxşılaşdığı qeyd olunub. Rayonda su, işıq problemlərinin həll olunduğu, 121 ailəyə ünvanlı dövlət sosial yardımı verildiyi bildirilib. Təhsil, səhiyyə,mədəniyyət, turizm sahəsində əsaslı yeniliklərə və uğurlara imza atıldığı, Dövlət tədbirlərinin və bayramların yüksək səviyyədə qeyd olunduğu vurğulanıb.
Məruzə ətrafında Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Vidadi Rəhimov, Nikitin adına kolxozun Müşahidə Şurasının sədri Olqa Jabina, İsmayıllı Şəhər Bələdiyyəsinin sədri Pərviz Ağayev, QMƏVŞA İB-nin sədri Vidadi Zərbiyev, Gənclərin İnkişaf Kariyera Mərkəzinin direktoru İsmayıl Faxtıyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev çıxış edərək 2019-cu ildə fəaliyyət sahələrində gördükləri işlər barədə məlumat veriblər.
Şəhər 5 saylı tam orta məktəbin Əməkdar müəllimi Nazənin Həsənova,Bizlan kənd sakini Tofiq Məmmədov çıxış edərək ölkə Prezidentinin apardığı genişmiqyaslı islahatların uğurlu nəticələri,əhalinin sosial həyat şəraitinin günbəgün yaxşılaşdığını qeyd ediblər. Diyallı kənd sakini Sədiqə Orucova zəlzələdən sonra onun üçün tikilən evə görə ailəsi adından cənab Prezidentə və Mehriban xanıma öz minnətdarlığını ifadə edib.
Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi Nəsir Muxtarlı iştirak edib. Çıxışında ölkə Prezidentinin apardığı uğurlu islahatlar, həyata keçirilən tədbirlər barədə məlumat verib.İsmayıllıya ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

İsmayıllı rayonunun 2019-cu ilin sosial iqtisadi inkişafının yekunları- hesabat jurnalı

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər