Astarada koronaviruslu xəstə niyə aşkar edilməyib?

fev-27
11:39 2020
Gürcüstan sərhədində koronavirusa yoluxduğu müəyyən edilən şəxs xəstəliyin gizli dövründə Azərbaycandan keçib.

Bu sözləri Baş epidemioloq İbadulla Ağayev “Yeni Müsavat”ın canlı yayımında deyib.

O bildirib ki, həmin şəxs Azərbaycandan gedəndə, yəni aradan bir neçə saat keçəndən sonra xəstəlik özünü göstərib:

“Bu xəstəliyin özünü büruzə vermək müddəti var. 14-15 gün müddətinə xəstəlik müəyyən edilməyə bilər. Həmin şəxs də xəstəliyin gizli dövründə keçib Azərbaycandan. Ona görə müəyyən edilməyib. Bu, olduqca normaldır. Ona görə bizim aparatlar onun xəstə olduğunu müəyyən etməyib.

Gürcüstan sərhədində onun koronavirusa yoluxduğunun müəyyən edilməsinə səbəb odur ki, artıq ora çatanda virus özünü büruzə verib”.

Qeyd edək ki, ötən gün İrandan ölkəsinə Azərbaycandan keçməklə qayıdan Gürcüstan vətəndaşında koronavirus aşkarlanıb. /Axar.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər