Azərbaycanlı həkimdən koronavirusla BAĞLI MÜHÜM AÇIQLAMA: Əgər burnunuz axırsa…

fev-27
11:31 2020
“Hazırda bir çox evlərdə burnu axan, qızdırmalı, boğazı ağrıyan, öskürən insanlar var, amma heç kim bunun koronavirus olduğuna şübhə etmir deyə həkimə müraciət etmir. Elə bilirlər ki, yeni tip virus ancaq xarici ölkələrdəki insanlara aiddir və xəbər saytlarında müzakirə üçündür”.

Bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, əgər sizdə boğaz ağrayırsa, çox güman ki, koronavirus deyil. Çünki xəstəliyin əlamətləri siyahısında boğaz ağrısı yoxdur:

“Əgər sizdə burun axırsa bu da koronavirusa oxşamır. Amma öskürək, boğulma, hava çatışmazlığı və təngənəfəslik + qızdırma varsa həkimə müraciət edin. Əgər qanın ümumi analizində neytrofil qalxıbsa bu çox güman ki, koronavirus deyil. Əgər yuxarıdakı klinik əlamətlərlə yanaşı qanın ümumi analizində limfosit sayı artıbsa bu virus infeksiyasını göstərir və şübhəni artırır”. (publika.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər