Şərəfli vəzifəyə yiyələnən Zaur Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır

fev-26
14:16 2020
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Əliyevdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Şərəfli vəzifəyə yiyələnən Zaur Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Zaur Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Zaur Əliyevdən danışdılar yaxşı ki, Zaur Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon şöbəsinin rəisi təyin olunub… Zaur Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Zaur Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Zaur Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Zaur Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Zaur Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Zaur Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Zaur Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Zaur Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon şöbəsinin rəisi, polkovnik-leytenant kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Zaur Əliyev özünü doğruldub. Bizdə hörmətli Zaur Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Ağsuda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkəmizdə səfərbərlik işinin təşkili, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, şəffaflıq əsasında çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində dövlət siyasətini həyata keçirir.



Xeberci.info-nun bölgə müxbiri xəbər verir ki, bu sətirlər fevralın 13-də Ağsuda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümünə həsr olunan tədbirdə səsləndirilib. Rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirin iştirakçıları öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ağsu rayon şöbəsinin inzibati binasında davam etdirilib. Rayon şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Əliyev çıxışında qurumun ölkədə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, rayon şöbəsi Xidmətin fəaliyyət istiqamətinə uyğun olaraq yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin gücləndirilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir və bu tədbirlərdə gənclər fəal iştirak edirlər. Təsadüfi deyil ki, bu gün gənclərin hərbi xidmətə yola salınması əsl bayram əhval-ruhiyyəsində qeyd olunur.

Sonda xidməti fəaliyyətində fərqlənən işçilərə, fəal hərbi müəllimlərə fəxri fərman və hədiyyələr verilib.

Hazırladı: Rüstəm Zahidoğlu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər