Türk ordusu hücuma keçdi: Bazalar darmadağın edildi – Kremldən kritik açıqlama

fev-20
10:29 2020
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Bəşər Əsəd ordusunun mövqelərini vurmağa davam edir.

Türk ordusu rejim qüvvələrinin Hama və Ləzgiyə bölgəsindəki bir çox hərbi bazalarına raket zərbələri endirib.

Hücum zamanı Suriya ordusunun mövqelərinə böyük xəsarətlərin yetirildiyi bildirilir.

Türkiyənin raket zərbələrindən sonra Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşlər zamanı əldə edilmiş anlaşmalar xatırladılıb:

“Liderlər arasında razılaşdırılmış anlaşmaların şərtləri yerinə yetirilməlidir. Türkiyə İdlib məsələsində bizimlə əməkdaşlıq etməyə hazırdır”.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi və digər anlaşmaların şərtlərinin yerinə yetirilməyəcəyi halda, hər an əməliyyatların bərpa ediləcəyini bəyan etmişdi. (teleqraf.com)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər